Rusiyanın istintaq qrupu qətli araşdırmaq üçün Türkiyədədir

Rusiyanın istintaq qrupu qətli araşdırmaq üçün Türkiyədədir
  • DÜNYA

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq xüsusi operativ-istintaq qrupu artıq Ankaradadır.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya səfirliyinin mətbuat attaşesi İrina Kasimova deyib.

Ötən gün RF və Türkiyə liderləri qətlin araşdırılması üçün Ankaraya Rusiya istintaq qrupunun göndərilməsi ilə bağlı razılıq əldə ediblər. Vladimir Putin qeyd edib: "Biz qatili kimin göndərdiyini bilməliyik".

A.Karlovun öldürülməsindən sonra V.Putin Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirməyi tapşırıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
 
Aktual.az 
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR