Rusiyanın ən varlı aktyorlarının adları açıqlandı - FOTO

Rusiyanın ən varlı aktyorlarının adları açıqlandı   - FOTO

Rusiyanın ən varlı aktyorlarının adları açıqlanıb. 

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıya 9 nəfərin adı daxil edilib. 

Reytinq siyahısında birinci yerdə 3,2 milyon dollar varidatla Dmitri Nagiyev gəlir. İkinci yeri 1,3 milyon dollar gəlirlə Fyodor Bondarçuk, üçüncü yeri isə 1,1 milyon dollar gəlirlə Oleq Tabakovtutub. 

Bir milyon dollar varidatı olan Svetlana Xodçenkova və Vladimir Maşkov siyahıda 4-cü və 5-ci yerlərdə qərarlaşıblar. 

Sonrakı yerlərdə 0,9 milyon dollar varidatla Danila Kozlovski, 0,8 milyon dollar əmlaklaKonstantin Xabenski, 0,6 milyon dollar gəlirlə Sergey Bezrukov gəlir. 
Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiyanın xalq artisti Nikita Mixalkovun adı siyahıda sonuncu yerdə qərarlaşıb. Jurnalın hesablamalarına görə, N.Mixalkovun varidatı 0,35 milyon dollar civarındadır.

Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR