Rusiyanın 2 bankı bağlandı

Rusiyanın 2 bankı bağlandı
  • DÜNYA

Rusiya Mərkəzi Bankı (RMB) daha 2 kommersiya bankının lisenziyasını ləğv edib.

Aktual.az report-a istinadən bildirir ki, söhbət Pyatiqorsk vilayətindəki "QRiS-bank"dan və Buryatiya vilayətindəki "Baykalbank"dan gedir.

RMB bankların bağlanmasının səbəblərinə aydınlıq gətirib. Qurumun açıqlamasında görə, "QRiS-bank" bank fəaliyyətini tənzimləyən federal qanunlara və normativ aktlara əməl etməyib, pul vəsaitlərini aşağıkeyfiyyətli aktivlərdə yerləşdirib və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaratmayıb. Bundan başqa, bank cinayət yolu ilə əldə edilmiş və terrorçuluğu maliyyələşdirmək məqsədi daşıyan pulların leqallaşdırılmasına qarşı lazımi tədbirlər görməməkdə ittiham olunur. "Baykalbank" isə məcmu kapitalı minimum tələbə cavab vermədiyi üçün lisenziyadan məhrum edilib. 

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR