Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mərkəzi qərargahında Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərlə görüşüb.
BAXCP sədri görüşdə partiyanın fəaliyyəti, seçki prosesində iştirakı, seçki platformasının əsas istiqamətləri barədə Rusiya mediasının təmsilçilərinə ətraflı məlumat verib, onların ən müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb.