Rusiyadan gətirilən ətir və siqaretlər Azərbaycanda saxlanılıb

Rusiyadan gətirilən ətir və siqaretlər Azərbaycanda saxlanılıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Xanoba" gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21041" markalı avtomobilə gömrük baxışı keçirilib.

Komitədən Aktual.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin ön panelinin içində, yük yerinin gizli saxlanc hissəsində gömrük orqanından gizlədilən, üzərində "İncandessenc Avon" yazılan 37 ədəd ətir, 35 ədəd ətir üçün kataloq və üzərində "Marlboro" yazılan 600 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR