Rusiyadan Azərbaycana ov bıçaqları gətirən şəxs saxlanıldı

Rusiyadan Azərbaycana ov bıçaqları gətirən şəxs saxlanıldı

Moskva-Bakı aviareysi ilə gələn Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən  verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb.
Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 743 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR