Rusiyada qara qar yağdı

Rusiyada qara qar yağdı
  • DÜNYA

Rusiyanın Omsk şəhərində qara rəngli qar yağıb.

Trend-in məlumatına görə, bu barədə şəhər sakinlərinin sosial şəbəkələrdə yerləşdirdiyi şəkillərdən məlum olub.
Omsk vilayətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu hadisənin sənaye müəssisələrinin faəliyyəti nəticəsində yaranan kimyəvi tullantılarla bağlı olduğunu bildirib. Bununla əlaqədar olaraq müəssisələrə xəbərdarlıq edilib.
Qeyd edək ki, bir müddət əvvəl Sankt-Peterburq şəhərində göy rəngdə qar yağmışdı.
 
Aktual.az
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR