Rusiyada koronavirusa yoluxanların sayı 36,7 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 36,7 mini keçdi

Rusiyada son bir gündə 4 785 nəfərə koronavirus diaqnozu qoyulub.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da yoluxanların sayı 36 793 nəfərə, ölənlərin sayı 313-ə, sağalanların sayı isə 3 057 nəfərə çatıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2649.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR