Rusiyada koronavirusa yoluxanların sayı 28 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 28 minə çatır

Rusiyada son bir gündə 3 448 nəfərə koronavirus diaqnozu qoyulub, 34 nəfər virusun qurbanı olub.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da yoluxanların sayı 27 938 nəfərə, ölənlərin sayı 232-ə, sağalanların sayı isə 2 304 nəfərə çatıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1370.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 084 000-i ötüb. Bunların 515 536 nəfəri sağalıb, 134 686 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR