Rusiyada azərbaycanlıların çalışdığı bazarda silahlı insident

Rusiyada azərbaycanlıların çalışdığı bazarda silahlı insident

Rusiyada azərbaycanlıların çalışdığı bazarda atışma baş verib.

Aktual.az  APA-ya istinadən bildirir ki, silahlı insident Sankt-Peterburqun Sofiysk, 60 ünvanında yerləşən meyvə-tərəvəz bazasında qeydə alınıb. 
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, səhər saatlarında bazada atışma səsləri eşidilib. "Bazadakı ticarətçilərdən biri digərinin ayağına travmatik tapançadan atəş açıb. Hazırda bazadan heç kimi buraxmırlar. OMON və İstintaq Komitəsinin əməkdaşları hadisə yerindədirlər", - deyə hadisə şahidi bildirib.  
 
Silahlı insident barədə Peterburqun Baş Polis İdarəsi də məlumat yayıb. Məlumata görə, hadisə bu gün səhər saat 07.00 radələrində baş verib. Ticarətçilərdən biri digərinə travmatik silahdan atəş açaraq hadisə yerindən qaçıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, münaqişə malın üstündə olub.  
 
Qeyd edək ki, bu ilin iyun ayında da həmin meyvə-tərəvəz bazasında silahlı insident qeydə alınıb. İki azərbaycanlı arasında baş vermiş münaqişə nəticəsində bir nəfər ölüb.

Xəbər 741 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR