Rusiyada Azərbaycan vətəndaşı 1 ilə yaxın həbs cəzası alıb

Rusiyada Azərbaycan vətəndaşı 1 ilə yaxın həbs cəzası alıb

Rusiyanın Rostov şəhərində oğurluqda şübhəli bilinən Azərbaycan vətəndaşı həbs olunub.

"Report" xəbər verir ki, bu barədə Rostov Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Cinayət işi materiallarına görə, 35 yaşlı azərbaycanlı cari ilin iyun ayında şəhər kafesində olarkən müştərilərdən birinin yatmasından istifadə edib və onun cibindən dəyəri təqribən 184 dollar olan mobil telefon oğurlayıb.
Məlumata görə, məhkəmənin qərarı ilə o, 10 ay müddətinə azadlıqdan məhrum edilib. Araşdırma zamanı oğurlanmış telefon aşkar edilərək götürülüb.
 
Aktual.az
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR