Rusiyada 5 min hektara yaxın ərazidə meşə yanır

Rusiyada 5 min hektara yaxın ərazidə meşə yanır

Rusiyanın Uzaq Şərq federal dairəsində 5 min hektara yaxın ərazidə meşə yanır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Federal Hava Meşə Mühafizəsi Xidmətinin mətbuat xidməti bildirib.
Xidmətin məlumatında deyilir: "Aprelin 8-də saat 00:00-da Rusiya Federasiyasında 4942 hektar ərazidə 14 meşə yanğını qeydə alınıb".
Qeyd olunur ki, yanğınla mübarizəyə 580 nəfər şəxsi heyət, 94 ədəd texnika, 9 təyyarə cəlb olunub. Ötən sutka ərzində 400 hektara yaxın ərazidə yanğınlar söndürülüb.
Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR