Rusiya XİN: “Zəngəzur dəhlizi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə töhfə verəcək”

Rusiya XİN: “Zəngəzur dəhlizi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə töhfə verəcək”

"Rusiya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləmək üçün böyük potensial görür”.
Aktual.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsinə baxılır. Biz bu layihənin həyata keçirilməsi ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Təbii ki, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmaların əldə edilməsinin hazır olmasından asılıdır”.

Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR