Rusiya XİN:   Qarabağ danışıqları danışıq xatirinə aparılmamalıdır

Rusiya XİN:    Qarabağ danışıqları danışıq xatirinə aparılmamalıdır

"Biz Qarabağ məsələsinə dair xeyli söhbət etdik. Birgə istəyimiz bu problemin həlli prosesini davam etdirməkdir”.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi körüşdən sonra mətbuat konfransında dilə gətirib.
"Bu mənada sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir. Danışıqlar sadəcə danışıq xatirinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır”, - Rusiya rəsmisi qeyd edib.
Həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Rusiyanın danışıqlar prosesini irəli aparmaq üçün lazımi şərait yaratmağa hər cür dəstək verəcəyi də bildirilib.
Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR