Rusiya XİN başçısı: "Regional formatda nazirlərin görüşləri aktualdır"

Rusiya XİN başçısı:

"Hər formatın əlavə dəyəri olmalıdır".

Bunu "Report"un üçtərəfli regional formatların inkişaf imkanları barədə sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda brifinqdə deyib.
S.Lavrov qeyd edib ki, regional formatda nazirlərin belə görüşləri məzmun olarsa, aktualdır.
O xatırladıb ki, məsələn, nazirlər səviyyəsində Rusiya-Türkiyə-İran formatı Suriyada münaqişənin həllində aktualdır.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin sualı cavablandırarkən bildirib ki, belə regional formatların genişləndirilməsi imkanları var.
O, bu baxımdan, noyabrın 30-da Bakıda Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini elan edib.
 
Aktual.az
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR