“Rusiya və Ermənistan Türkiyənin münaqişənin həllində iştirakını istəmir” - Davudoğlu

“Rusiya və Ermənistan Türkiyənin münaqişənin həllində iştirakını istəmir”   - Davudoğlu

“Biz ATƏT-in Minsk Qrupunun üzvüyük. Lakin faktiki olaraq üç həmsədr bu işlə məşğuldur və digər üzvlər prosesdən kənarda qalıb. Halbuki, hər üç ölkə erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni, burada balans yoxdur”.

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Finlandiyadan qayıdarkən jurnalistlərin “Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə hansı addımları ata bilər? Minsk Qrupu həmsədrliyinin tərkibinin dəyişməsinin zəruriliyinə inanırsınızmı?” sualına cavabında deyib.

Ə. Davudoğlu bildirib ki, Türkiyənin və digər ölkələrin prosesə qoşulmasını Rusiya və Ermənistan istəmir: “Biz hazırda ATƏT-ə sədrlik edən Almaniyanın məsələyə qarışması üçün təşəbbüs göstərmişik. Minsk Qrupunun bütün üzvləri bu prosesdə iştirak etməlidir. Son toqquşmalara gəldikdə isə, biz Azərbaycanın yanındayıq. Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib. Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir”.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR