Rusiya Ukraynanın nüfuzlu şəxslərinə qarşı sanksiya tətbiq edib

Rusiya Ukraynanın nüfuzlu şəxslərinə qarşı sanksiya tətbiq edib
  • DÜNYA

Rusiyanın Baş naziri Dimitri Medvedyev Ukraynanın sanksiyalarına cavab olaraq, bu ölkənin 322 fiziki və 68 hüquqi şəxsinə qarşı yönələn tədbirlər barədə qərar imzalayıb.

"Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın məddudlaşdırıcı tədbirlərinə tuş gələnlər arasında 6 mart 1985-ci il təvəllüdlü Oleksi Poroşenko da var və bu ad və təvəllüd Ukrayna Prezidenti Petro Poroşenkonun oğlu ilə eynidir.
Bununla yanaşı, ölkənin Təhlükəsizlik Xidməti rəhbəri Vasili Qritsak, daxili işlər naziri Arsen Avakov, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy, keçmiş Baş nazir Yuliya Timoşenko, habelə Konstitusiya Məhkəməsinin hakimləri, millət vəkilləri, Prezident Administrasiyasının rəsmiləri, icra hakimiyyəti orqanlarının rəhbərləri, nüfuzlu iş adamları da sanksiyalara məruz qalıblar.
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR