Rusiya Türkiyəyə uçuşları bərpa edir

Rusiya Türkiyəyə uçuşları bərpa edir

İyulun 2-dən Rusiya Türkiyə ilə mütəmadi hava əlaqəsini bərpa edir. 

Aktual.az  oxu.az-a istinadən bildirir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb. 

"Rusiya vətəndaşlarının Türkiyə ərazisində və aeroportlarında təhlükəsizliyinə dair təcili tədbirlərin yerinə yetirildiyi Türkiyə tərəfindən təsdiqləndikdən sonra 22 iyuldan bütün aviaşirkətlər tərəfindən mütəmadi əlaqələr bərpa ediləcək", - məlumatda deyilir. 

Rusiya Nəqliyyat Nazirliyi tərəfindən bu informasiya təsdiqlənib.

Türkiyə ilə mütəmadi hava əlaqəsi iyulun 16-da bir qrup hərbçinin dövlət çevrilişinə cəhdindən sonra dayandırılmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, qiyam nəticəsində qiyamçılar daxil olmadan 246 nəfər ölüb, 2 min nəfər isə yaralanıb. 

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR