Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR
  • DÜNYA

"Associated Press" fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarını danışıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, onun sözlərinə görə, səfirə sui-qəsd "Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə" adlı sərgidə baş verib və fotoqraf həmin sərgiyə evi istiqamətində olduğu üçün gedib.

Fotoqraf deyib: "Standart tədbir idi. Qara pencəkli şəxsin pistolet çıxardığını görəndə çaşdım, düşündüm, bəlkə bu, tədbirdə xüsusi səhnələşdirilmiş hissədir. Əslində isə soyuqqanlı qətl səhnəsi imiş".

Onun sözlərinə görə, zalda minimum 8 atəş açılıb.
Fotoqraf qeyd edib: "Qorxmuşdum, divarın arxasına keçib öz işimlə məşğul olmağa başladım, yəni şəkil çəkməklə".
 
Aktual.az
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR