Rusiya-İran-Gürcüstan-Ermənistan dördtərəfli görüşü keçiriləcək

Rusiya-İran-Gürcüstan-Ermənistan dördtərəfli görüşü keçiriləcək

Bu ilin aprel ayında Tehranda Rusiya-İran-Gürcüstan-Ermənistan dördtərəfli görüşü keçiriləcək.


"Report” xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib.

"İran tərəfi elektrik enerjisi və təbii qazın tranzit nəqli sahəsində Gürcüstan və Rusiya ilə İran və Ermənistanın əməkdaşlığı təklifi ilə çıxış etdi. Əldə edilən razılaşmaya əsasən, bu ilin aprelində Tehranda dördtərəfli görüş keçiriləcək”, – mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, fevralın 27-28-də Ermənistanın Baş naziri Nikol Paşinyan İrana ikigünlük rəsmi səfər edib.

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR