Ronaldu karyerasında 700-cü qolunu vurub – VİDEO

Ronaldu karyerasında 700-cü qolunu vurub – VİDEO
  • İDMAN

Portuqaliyanın futbol üzrə milli komandasının hücumçusu Kriştianu Ronaldu nadir uğura imza atıb.

Bu barədə "Report” "Marca”ya istinadən xəbər verir.
Bildirilir ki, hücumçu futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII turun növbəti, Lüksemburqa (3:0) qarşı oyunda qolla yadda qalıb. Bu, onun peşəkar karyerasında 700-cü qoludur.
Qeyd edilir ki, "Qızıl top”un beşqat sahibi 973 oyun keçirib və onların 458-ində qol vurub. Toplam olaraq o, 12 müxtəlif yarışda qol vurub. Klub səviyyəsində o "Yuventus”un heyətində çıxış edir.

Xəbər 124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR