Ronaldu fiziki formada qalmasının sirrindən danışıb

Ronaldu fiziki formada qalmasının sirrindən danışıb

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu 34 yaşında öz şəxsi normalarına dair sualları cavablandırıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, o, UEFA-nın rəsmi saytına müsahibəsində bunları deyib:
"Hər şey hazırlıqdan asılıdır — bu, mənim əmək etikamdır. Mən hələ də özümü yaxşı hiss edirəm, baxmayaraq ki, 34 yaşım var. Ən əsası, sənin başındır. Eləcə də, özünü həvəsli və xoşbəxt hiss etməlisən, öz yolunu getməlisən. Düşünürəm ki, mənim futbol meydanında hələ deməyə sözüm var".
O əlavə edib ki, milli komandanın futbolkasını geyinməkdən həmişə qürur hissi keçirir.
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR