Ronaldu 850 min avroluq yeni "McLaren Senna" super avtomobilini nümayiş etdirib

Ronaldu 850 min avroluq yeni

İtaliyanın "Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu "McLaren Senna” markalı yeni idman avtomobili alıb.

ONA "Life”a istinadən xəbər verir ki, öz avtoparkını bir az da zənginləşdirən 34 yaşlı portuqaliyalı hücumçu yeni avtomobilinin görüntülərini "Instagram” səhifəsində paylaşıb.
Bildirilir ki, braziliyalı "Formula-1” yarışçısı Ayrton Sennanın şərəfinə adlandırılan avtomobilin qiyməti təxminən 850 min avrodur (950 min ABŞ dolları).
Bir qədər əvvəl KİV-də Ronaldunun dünyanın ən bahalı avtomobili olan "Bugatti La Voiture Noire" markalı superkar alması barədə xəbərlər yayılmışdı. Ancaq sonradan bu məlumat təsdiqini tapmadı və bildirildi ki, yeni "Bugatti”nin sahibi başqa birisidir. Bununla belə, K.Ronaldunun da həmin hərracda iştirak etdiyi bildirilir.
 
Aktual.az
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR