Ronaldinyo həbsxanada turnirin qalibi oldu

Ronaldinyo həbsxanada turnirin qalibi oldu

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvaydakı həbsxanada turnirin qalibi olub.

"Report"un məlumatına görə, final qarşılaşmasında 40 yaşlı sabiq yarımmüdafiəçinin komandası rəqibi 11:2 hesabı ilə məğlub edib. Ronaldinyo bu görüşdə 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Ronaldinyonun komandası bu qələbəyə görə 16 kq-lıq donuz balası qazanıb.
Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon Paraqvay hava limanında saxta pasport təqdim edib. Martın 5-də yerli prokurorluq "sambaçılar"ın həbsinə dair order versə də, ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.
Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib. 
Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR