“Romgaz” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

“Romgaz” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın "Romgaz” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
 
Bu barədə Aktual.az-a iqtisadiyyat Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.
 
"Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və SOCAR rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin Rumıniyaya səfəri baş tutub", - məlumatda deyilir.
 
Anlaşma Memorandumunun imzalanması əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR