Roberto Mançini İtaliya millisinin tarixinə düşüb

Roberto Mançini İtaliya millisinin tarixinə düşüb
  • İDMAN

Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi uğura imza atıb. 

"Report"un məlumatına görə, 55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.
Təcrübəli məşqçi AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovinanı məğlub etdikləri (3:0) oyunda buna nail olub. 
İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib. 
Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçi Vittorio Pozzoya aid idi. 
Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin final mərhələsinə vəsiqəni öncədən təmin edib. 
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR