Rio-2016: Ölən məşqçi dörd adam üçün donor oldu

Rio-2016: Ölən məşqçi dörd adam üçün donor oldu
  • DÜNYA

Ştefan Hentse ürək, qaraciyər və iki böyrək donoru oldu.

Rio-de-Janeyroda Olimpiya Oyunlarında ölən Almaniyanın avarçəkmə üzrə yığmasının məşqçisi Ştefan Hentse dörd nəfər üçün orqan donoru olub.   

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Die Welt” nəşri məlumat yayıb. 

Almaniya komandasının məşqçisi taksidə gedərkən qəzaya düşüb və başından ağır travma alıb. 

Qəzadan sonra 35 yaşlı məşqçini neyrocərrahiyyə şöbəsinə gətiriblər, tibb işçiləri əməliyyat ediblər. Həkimlərin onu xilas etmək üçün göstərdikləri səylərə baxmayaraq, avqustun 15-də məşqçi dünyasını dəyişib. 

Rio-de-Janeyro ştatının səhiyyə orqanından Ştefan Hentse ürək, qaraciyər və iki böyrək donoru olduğu bildirilib. Alman mütəxəssisinin orqanları digər insanlara köçürülüb.  

Hentse “Afina-2004”-də kanoe üzrə yarışların gümüş mükafatçısı olub. 

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR