Rəqsanənin ərinin kafesində dava - BIÇAĞA ƏL ATDILAR

Rəqsanənin ərinin kafesində dava  - BIÇAĞA ƏL  ATDILAR

Aktual.az musavat.com-a istinadən xəbər verir ki, fevralın 13-də Moskvanın cənubunda azərbaycanlılara məxsus “Qız qalası” restoranında dava düşməsi və nəticədə iki nəfərin bıçaqlanması barədə xəbər vermişdik. Hadisə ilə bağlı redaksiyamıza etibarlı mənbədən məlumat daxil olub.
 
Məlumatda restoranın əslən Ağstafadan olan Fazil Əmiraslanova məxsus olduğu deyilir. Lakin bu xəbərdən daha çox digər məlumat diqqət çəkir. Belə ki, mənbə F.Əmiraslanovun müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı olduğunu bildirib. Müğənninin telekanallarda tez-tez Moskvada ərinin olması barədə fikirlər səsləndirməsi məlumatın doğru olduğunu deməyə əsas verir. Mənbə onu da qeyd edib ki, restoran sahibi hazırda evləndiyi rus qadından ayrılıb. Əmiraslovun rus qadından bir qızı və oğlu olduğu deyilir.
 
Qeyd edək ki, “Qız qalası”nda baş verən hadisənin hələ də üstü açılmayıb. Cinayətkarlar “Toyota” markalı maşına minərək, ərazini tərk ediblər. Onların axtarışları davam edir.
 
Aktual.az
Xəbər 2159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR