Ramil Usubovun vətəndaşları qəbul vaxtı dəyişdirildi

Ramil Usubovun vətəndaşları qəbul vaxtı dəyişdirildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun cənub bölgəsində vətəndaşları qəbulu günü dəyişdirilib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Ramil Usubov sentyabrın 18-də və 19-da saat 10:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
 
Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
 
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
 
Qeyd edək ki, R.Usubovun cənub bölgəsində qəbulu sentyabrın 24-də keçirilməli idi.

Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR