Ramil Usubovdan Bakı yol polisinə yeni rəis təyinatları

Ramil Usubovdan Bakı yol polisinə yeni rəis təyinatları

Nazir əmr imzaladı.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən Bakıda yol polisi sistemində rəhbər vəzifələrə yeni təyinatlar olub.

Aktual.az milli.az-a istinadən xəbər verir ki, Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərhad Eyyubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölük komandiri, polis mayoru Cəmşid Hənifəyev Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədov isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bölük komandiri vəzifəsinə təyin edilib.

Həmin İdarədə rəis müavini işləmiş polis polkovnik-leytenantı Qələndər Qəhrəmanov Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin olunub.

Aktual.az

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR