“Radikal müxalifət düşünür ki...” – Deputatdan kəskin sözlər!

“Radikal müxalifət düşünür ki...” – Deputatdan kəskin sözlər!

"İndi də sosial şəbəkələrdə radikal müxalifətin yeni tendensiyasına start verilib: "Filankəsi şərlədilər, feşmankəsə iftira atdılar.” Kimə atıblar iftiranı? Kim şərlənib, ay zavallılar? Narkotik məsələsinimi deyirsiz? Əgər onu deyirsinizsə, açın videonun altındakı şərhlərə baxın. Azı 60 adam yazıb ki, böhtan-filan deyil, elə düz söhbətdir. Yəni, həmin şəxs həqiqətən qara işlərlə məşğul olub”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Qaraguruhun təmsilçiləri elə düşünürlər ki, əgər siyasi mənsubiyyətləri varsa, vəssalam, bunlara hər şey olar. Cinayət də törədə bilərlər, narkotik də sata bilərlər, digər əyri əməllərlə də məşğul ola bilərlər.  Xeyr! Elə deyil, bəylər! Fikriniz getməsin, 1 illik hakimiyyət dövrünüzə. Hansı ki, naziri də, məmuru da qoçuluq edirdi, İskəndər TV-lərdə jurnalist döyürdü, Arif kafelərdə içib, dəm olub, tanımadığı insanlara söz atırdı, Rəhim mətbuat konfransına əlində silah fırlada-fırlada gəlirdi, bütün ölkəni anarxiya bürümüşdü...

Bu günki Azərbaycan AXC-Müsavat dövrünün Azərbaycanı deyil Bu günki Azərbaycan narkomanın, "bariqa”nın azadlıqda rahat-rahat gəzə biləcəyi Azərbaycan deyil! Bu günki Azərbaycan qanunlarla idarə olunan Azərbaycandır və sizin də boynunuzun borcudur ki, hamı kimi həmin qanunlara tabe olasız!”- deyə Partiya sədri fikirlərinə davam edib.
 
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR