"Qulağına sırğa taxan kişi nə kişi olacaq" - AĞIR İTTİHAM


Hər zaman qalmaqallı açıqlamaları və müsahibələri ilə gündəmdə olan tanınmış sənətçi Əli Mirəliyev unikal.org-a maraqlı müsahibə verib.

– Şou biznesdəki müğənnilərin vətnpərvərlik mövzusuna az müraciət etmələrini necə qiymətləndirisiniz?

– O gənc ki əsgərliyə getmir, hətta gedib qayıdandan sonra başqa işlərlə məşğul olur, qulağına sırğa taxır, dodaqlarını şişirdir, burnunu kəsdirir, nə bilim üzünü dartdırır, o, necə vətən haqqında mahnı oxuya bilər? Bu adamlar ölərini qıza bənzədir. Artıq o, özünü qadın hiss edir. O insanın ki, məqsədi müğənni olub, pul qazanıb villa almaqdır, bahalı maşın sürməkdir, onun üçün vətənpərvərlik ikinci sırada dayanır. O müğənni ki başını aşağı salıb sənəti ilə məşğuldu, səsləndirdiyi nəğmələr insanı düşündür, əsl sənətkar odur. O, vətəni də qoruyar, namusunu da. Musiqidə toy bazarı güdən, sadəcə, alverçidir. Hətta belə xalq artistləri, əməkdar artislər də var. Onlardan vətənpərvərlik mövzusuna müraciət etməklərini gözləmək olmaz. Xalqımızın musiqisini xalqın dilində oxumaq lazımdı. Azərbaycanın öz musiqisi var. O başlayır Üzeyir Hacıbyovdan. Gic-gic mahnılar oxuyandan hansı vətənpərlik gözləyirsiniz?!.

– Müharibə olarsa, döyüşə gedərsinizmi?

-Musiqi sahəsində hər gün döyüşürəm. Əlbəttə, vətənimi qorumağa birinci mən gedəcəyəm. Mən getməsəm, şou-biznesdəki alçaqlar dalımca gəlməyəcəklər. Ona görə birinci mən gedəcəyəm ki, arxamca görək kimlər gəlir.

– Kimlərlə bir cəbhədə döyüşərsiniz?

– Şou-biznesdən inanmıram kimsə cəbhəyə getsin. Hamısı qaçacaqlar. Amma sənətkarlarımızdan belələri var. Cabir Abdullayev döyüşlərdə olub, Qoçaq Əsgərov var. Şou-biznesdə yoxdur. Şou-bizneslə müğənni ayrı-ayrı şeylərdir. Şou-biznesdəkilər arvada bənzər kişilərdir. Muğam, mahnı oxuyan müəğənnnilər kişidirlər.

– Sonuncu dəfə nə zaman silah atmısınız?

– 70-ci ildə əsgərlikdən gəlmişəm. Sonuncu dəfə əsgərlikdə silah atmışam.

– Misalçün, Səməd Səmədov, Niyaməddin Musayev və digər bu yaşda olan müğənnilərlə bir cəbhədə döyüşərsiniz?

– Səməd, ümumiyətlə, döyüşməz, qaçıb gizlənər. Niyaməddin də yaşlı adamdır.

– Mövzudan kənar bir sual da verim. İlhamə Quliyevanın oğlunun həyatına təhlükə olması ilə bağlı xəbərlər yayılıb. Əlaqəniz varmı? Özü bu barədə danışırmı sizinlə?

– İlhamənin oğlunun ölüm xəbərini mətbuatdan oxudum. Sonra oğlanla danışdım, dedi hər şey yaxşıdır. Mən də mətbuata bu barədə açıqlama verdim ki, İlhamənin oğlunun ölüm xəbəri şayiədir.

// Aktual.az

Xəbər 8292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR