Qubada dörd gün əvvəl kanalda batmış uşağın meyiti tapılıb

Qubada dörd gün əvvəl kanalda batmış uşağın meyiti tapılıb

Bu il iyunun 30-da Qubada kanalda batmış uşağın meyiti bu gün tapılıb.

Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb.
 
Aktual.az
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR