Qorxmaz Hüseynovun idarəsi əhalini aldadır - AİB sədri danışır

Qorxmaz Hüseynovun idarəsi əhalini aldadır  - AİB sədri danışır

Fevralın 12-də Qafqaznews.az saytında ““Azərsu” rəhbərinin qohumu Xətai sakinlərini incidir” başlıqlı yazı dərc olunmuşdu. Həmin məqalədə bildirilirdi ki,Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən “KAT”MTK Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı Bəhruz Hüseynov Qafqaznews.az saytına müraciət edib. O qeyd edib ki, təmsil etdiyi “KAT” MTK 1998-ci ildə yuxarıda göstərilən ünvanda “şəhərcik” salıb və son binanın inşası 2006-cı ildə başa çatıb: “Bu şəhərcikdə 10 bina var. Həmin binaların su təchizatı problemi 1998-ci ildə tərəfimizdən həll olunub və sayğaclar quraşdırılıb. Bu müddətdə mənzillərdən topladığımız kommunal xərcləri ilə əvvəl hər ay 580 manat, sonra 650 manat pul ödəmişik. 2012-ci ildən etibarən isə Xətai Su-Kanal İdarəsindən 1500 manat tələb etməyə başladılar”.

O bildirib ki, kart sisteminə keçid zamanı şəhərcikdə yerləşən 250 mənzildə yeni sayğaclar quraşdırılması üçün “Azərsu”ya müraciət ediblər, lakin onlara bildirilib ki, “KAT” MTK bu sayğacları özü quraşdırmalıdır: “Biz hər mənzildən pul yığıb bu işi görə bilmərik. Əgər digər binalarda köynə sayğaclar yeniləri ilə əvəzlənibsə, eyni qayda bizim binalarda da tətbiq olunmalıdır”. O qeyd edib ki, 2013-2014-cü illərdə Xətai Su-Kanal İdarəsində Müştəri Xidməti Şöbəsinin rəisi olan Nicat Həşimova dəfələrlə müraciət etsələr də, hər zaman rədd cavabı ilə üzləşiblər: “Nicat müəllim dedi ki, bundan sonra hər ay 1500 manat verməlisiniz. Borunun diametrini bəhanə edib, daha çox pul istəyirdi. Kart sisteminə keçməklə bağlı isə Nicat Həşimovla danışmaq mümkün olmadı.

“Mən belə deyirəm”, “Qorxmaz Hüseynovun qohumuyam”, “Get kimə şikayət edirsən, et” kimi kobud ifadələrə yol verdi. Hər dəfə də bildirişləri müxtəlif adamlara qol çəkdirib bizə göndərirdi”. B.Hüseynovun sözlərinə görə, hazırda “Azərsu” onlardan 40-45 min manata yaxın borc tələb edir. “Daha sonra “Azərsu” bizdən aylıq ödəniş kimi 1500 manat tələb etməyə başladı. Hələ də bizə izah olunmayıb ki, bu tarif nəyə görə müəyyən edilib.

2015-ci ildə N.Həşimov öz vəzifəsindən azad edilib. Yeni rəis də əvvəlki kimi “KAT” MTK-dan ayda 1500 manat tələb edir”, – deyə B.Hüseynov əlavə edib. Görəsən, “Azərsu” 1500 manat tarifi hansı əsasla müəyyən edib? Bu sualla “Azərsu” ASC-nin “Qaynar Xətt”in əməkdaşı Firidun Ağayevə müraciət etdik.

“Mən “lazım olan yerlərə” sizin zənginiz barədə məlumat verdim. Şirkətimizin əməkdaşları mütləq sizinlə əlaqə saxlayacaq”, – deyə F.Ağayev bildirdi. Biz intizarla gün boyu “Azərsu”dan zəng gözlədik. Məsələ ilə bağlı Qafqaznews.org saytına münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki. əgər “Azərsu” və “KAT” MTK arasındakı müqavilə ayda 1500 manat ödəniş nəzərdə tutursa, abonentlər bu məbləği ödəməli olacaq. “Əgər bu, müqavilədə yer almırsa, o zaman “Azərsu”nun bu addımları qanun pozuntusu və abonentləri aldatmaqdır”, – deyə Eyyub Hüseynov vurğulayıb. Biz müqaviləni diqqətlə nəzərdən keçirdik, lakin orda ayda 1500 manat ödəniş etməklə bağlı məqama rast gəlmədik.

// Dia.az

Xəbər 3653 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR