Qızla tanış olmaq istəyən oğlanın 4 min pulunu "yedilər"

Qızla tanış olmaq istəyən oğlanın 4 min pulunu
  • DÜNYA

Ərzurumda bir vətəndaş qızla tanış olmaq üçün tanışlıq portalına 4 min lirə pul verib.

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, Ərzurumda bir vətəndaş qızla tanış olmaq üçün tanışlıq portallarından birinə daxil olub. Saytdan götürdüyü nömrədən biri ilə dəfələrlə əlaqə saxlayıb telefonda danışdıqdan sonra, qızın istəyi ilə onun hesabına pul yatırmağa başlayıb. Əvvəl 100, 200 lirə məbləğində pullar yatıran oğlan pulun miqdarının artırılmasını istəyən qızdan şübhələnib. 

"Bu sənin qız tanışının nömrəsi" dedikləri qızla, nəhayət, görüşmək qərarına gəlib. Zəng edərkən həmin nömrəyə zəng çatmadığını görən oğlan aldadıldığını anlayınca polisə şikayət edib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR