Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11,3% artıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11,3% artıb

2024-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub.
Bu barədə Aktual.az-a Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artaraq 2 mlrd. 914,2 mln. manata çatıb.
Ödənilən vergilərin 68%-i qeyri-neft-qaz sektorunun, 32%-i isə neft-qaz sektorunun payına düşüb.


Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR