Qətər ərəb ölkələrinin tələblərini rədd edib

Qətər ərəb ölkələrinin tələblərini rədd edib

Ərəb "dördlüyü" Qətərin tələbləri rədd etdiyini təsdiq edib və Dohanın bu mövqeyi ilə əlaqədar təəssüfləndiyini bildirib.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir XİN rəhbərlərinin Qahirədə keçirdikləri iclasın yekunları üzrə qəbul olunan bəyanatda deyilir.

Bununla əlaqədar Səudiyyə Ərəbistanın XİN rəhbəri Adel əl-Cubeyr bəyan edib ki, onun ölkəsi BƏƏ, Bəhreyn və Misir ilə birgə Qətərin siyasi və iqtisadi boykotunu davam etdirəcəklər, əlavə tədbirlər isə məsləhətləşmələrdən sonra qəbul olunacaq.

Danışıqların növbəti mərhələsini Manamada keçirmək qərarı alınıb. Görüşün vaxtı barədə məlumat verilmir.
 
Aktual.az 
Xəbər 221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR