Qənirə Paşayeva Çorlu Türk Ocaqlarının rəhbərli və üzvləri ilə görüşüb

Qənirə Paşayeva Çorlu Türk Ocaqlarının rəhbərli və üzvləri ilə görüşüb

Qənirə Paşayeva Çorlu Türk Ocaqlarını Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Çorlu Türk Ocaqlarının rəhbərli və üzvləri ilə görüşüb və fikir mübadiləsi aparıb. Çorlu Türk Ocakları rəhbərliyi görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər. Görüşdə Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib. Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” kitabının İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə geniş yayılmasını yüksək qiymətləndirib. Kitabın artıq Türkiyənin 20-dən artıq vilayətində təqdimat və imzalanma mərasimlərinin yüksək səviyyədə keçirildiyini deyərək bu məsələdə dəstəyinə görə Türk Ocaqlarına təşəkkürünü bildirib və yaxın zamanlarda bir neçə bölgə və universitetlərdə də kitabın təqdimat və imzalanmasının keçiriləcəyini bildirib. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini, bu istiqamətdə də Türk Ocaqları ilə layihələrin artmasının əhəmiyyətini də vurğyulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən Çorlu Türk Ocaqları rəhbərliyi bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər fəaliyyətin daha da aktivləşəcəyini deyiblər. Ziyarətin və görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün Çorlu Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları Çorlu Türk Ocaqlarına hədiyyə edib. Dəvəti məmnuniyyətlə qəbul edən Çorlu Türk Ocakları rəhbərliyi də öz növbəsində Türk Ocaqlarının fəaliyyəti ilə bağlı materialları millət vəkilinə hədiyyə edib. Millət vəkili Çorlu Türk Ocaqlarının bütün üzvlərinə həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını və Mətanət A şirkətinin dəstəyi ilə hazırlanmış Qarabağ həqiqətləri ilə bağlı materialları hediyye dib və gənclərimizə ortaq tariximizi daha dərindən öyrədilməsinin vacibliyi və bu istiqamətdə Türk Ocaqlarının rolunun vacibliyini xüsusi vurğulayıb.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR