Millət vəkili Q.Paşayeva Karasuda Xocalı soyqırımı abidəsinin
açılışında dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə
çağırıb.
Türkiyənin Karasubələdiyyəsi
ərazisində Xocalı soyqırımı abidəsinin açılışında "Xocalıya ədalət"
kampaniyası barədə geniş çıxış edən millət vəkili Q. Paşayeva "bu
abidə dosta da düşmana da önəmli bir mesajdır" deyərək
Xocalı parkı və abidəsinin reallaşmasında əməyi keçən hər kəsə,Karasu bələdiyyəsinə,
onun rəhbərinə, Azərbaycan Dərnəkləri Federasiyasına, onun Sakarya şöbəsinə təşəkkürünü
bildirib. Bir neçə gün əvvəl Karasuya səfər zamanı bələdiyyə başqanı ilə görüş
zamanı bununla bağlı təkliflərlə çıxış etdiklərini və rəhbərliik etdiyi
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB,Azərbaycan Dərnəkləri
Federasiyasına, onun Sakarya şöbəsi və Karasu bələdiyyəsi arasında bununla
bağlı protokol imzalandığını vurğulayan millət vəkili Q.Paşayeva qısa zamanda
parkın və abidənin açılmasını reallaşdırdığı üçün bələdiyyə başqanına xüsusi təşəkkürünü
bildirib.Rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə
millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumatlar
verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların
yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı
olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin
ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında
olmalıdır deyib. Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq
təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin
qınayıb: "Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin
maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal
etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma
onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan
haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz
evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının
müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin
ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın gördük: "100 il əvvəl
tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern
dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı
görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da
özünü göstəririr”. Millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn
tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin
maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya
bilmənin tək yolu gücdür:"Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə
olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə
daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı
mübarizəmizi gücləndirməliyik". Azərbaycanla Türkiyə arasında əlaqələrin
getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son
günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı
gündə də çətin gündə də birlikdə olmaqdır ona görə də Türk dünyasıyla bağlı məsələlərdə
bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin
üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə
Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə
böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini
tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və
qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ,
Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial
mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd
edib və çıxışını "inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz
Qarabağda, Xocalıda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün
uzaqda deyil”- deyərək bitirib. Tədbirdə çıxışına Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın sözləri ilə başlayan Karasu
bələdiyyə başqanı Mehmet İspiroğlu "Qardaş ölkəmiz Azərbaycan. Dost ölkəmiz
Azərbaycan. Qardaşdan daha artıq can ölkəmiz Azərbaycan. Bu gün 26 fevral 1992-ci ildə 613 şəhid
verdiyimiz Xocalı soyqırımının 26-cı ildönümüdür. Bu insanlıq əleyhinə olan hadisəni unutmadıq,
unumayacağıq. Cənab prezident R.T.Ərdoğanın da hər zaman dediyi kimi, Biz Azərbaycanla
sözdə deyil, özdə iki qardaş millətik. Ankara
bizim üçün nədirsə, Bakı da bizim üçün də eynidir. Dolayısıyla, bizim
dostluğumuz sözdə deyil, özde dostluqdur. Bunu bütün dünya bilsin ki, Azərbaycan
və Türkiyə iki dövlət, amma bir millətdir. Azərbaycanlı qardaşlarımızn əlinə
tikan batsa, bizim canımız yanar. Haqlı mübarizəsində Türkiyə Azərbaycanın
yanındadır, yanında olmağa da davam edəcəkdir. Hamımızın üzərinə düşən vəzifə
odur ki, gələcək nəsillərə bu qardaşlığımı daha yaxşı anlatmalıyıq. Bizim güclü
olmağımız, bir olmağımız, bərabər olmağımız, qardaş olmağımız lazımdır. Bunları
əldə etdiyimiz təqdirdə bir daha bənzər acıları yaşamayacağıq. Son zamanlarda
yaşadığımız olaylarda bir millət olduğumuzu daha yaxşı anladıq. Bu birliyimizi ifadə
edən qardaşlığımızın bir nişanı olaraq Xocalı parkımızın açılışını bir yerdə həyata
keçiririk. Bu tarixi yaddaşımızı canlı tutmaq və yaşadığımız acıları
unutdurmamaq üçün bu parkın olması önəmlidir. Dostluğumuz daimi olsun.
Qardaşlığımız əbədi davam etsin", - dedi. Türkiyə Azərbaycan
Federasiyasının Sakarya təmsilçisi Aqil Bağirov, Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyası rəhbəri Bilal Dündar, Bakı şəhər Nəsimi rayin icra başçısının
müavini Gülarə Verdiyeva, Azərbaycan qazisi Azər Quluyev çıxış edərək Xocalı
soyqırımı barədə geniş çıxış ediblər və Karasuda Xocalı soyqırımı parkı və abidəsinin
açılmasının dosta və düşmana bir mesaj olduğunu xüsusi vurğulayıblar və əməyi
keçənlərə təşəkkürlərini bildiriblər. Göyçay şəhər bələdiyyə sədri, Bakı şəhər Nəsimi
rayon bələdiyyə sədri, Karasulu vətəndaşlar və çox sayda tələbənin də qatıldığı
tədbirin sonunda çıxışçılara Karasu bələdiyyəsi tərəfindən təşəkkür plaketləri
təqdim edilib.
Millət vəkili Qənirə Paşayevanın tədbirdə çıxışının və parkın açılış videolarının linklərini burdan izləyə bilərsiniz
https://www.youtube.com/watch?v=rSacCmyExFM
https://www.youtube.com/watch?v=P60KWj-BCwQ