Qazaxıstanda daha bir azərbaycanlı saxlanılaraq Rusiyaya təhvil verilib

Qazaxıstanda daha bir azərbaycanlı saxlanılaraq Rusiyaya təhvil verilib

Qazaxıstanda daha bir axtarışda olan azərbaycanlı saxlanılaraq başqa ölkəyə təhvil verilib.


"Report”un Astana bürosunun verdiyi məlumata görə, Rusiyada axtarışda olan azərbaycanlı, 1985-ci il təvəllüdlü Çubayev Məhəmməd Sultan oğlu Qazaxıstanın Pavlador şəhərində saxlanılıb.

O, quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl digər Rusiyada axtarışda olan azərbaycanlı Əliyev Nuru Baxşı oğlu da Qazaxıstanın Pavlodar şəhərində saxlanılaraq geri təhvil verilib. 

 
Aktual.az
Xəbər 196 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR