“Qaynar xətt”ə bir müraciət daxil oldu

“Qaynar xətt”ə bir müraciət daxil oldu

Paytaxtda və ölkəmizin müxtəlif bölglərindəki seçki məntəqələrində olan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının yüksək səviyyədə təmin olunduğunu qeydə alıb.

 Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, MŞ-dan  daxil olan məlumatda bildirilir ki, Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 8 saylı Binəqədi I seçki dairəsinin 3, 9,20 və 26, 9 saylı Binəqədi II seçki dairəsinin 11, 12 və 15 saylı məntəqələrində, MŞ İdarə Heyətinin üzvləri - “Bakı xəbər” qəzetinin baş redaktoru 26 saylı Sabunçu I seçki dairəsinin 5, 9 və 15 saylı məntəqələrində, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 41 saylı Sumqayıt I seçki dairəsinin 5, 20, 21 və 22 saylı seçki məntəqələrində, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 29 Səbail seçki dairəsinin 1, 2, 3, 5, 10, 15, və 19 saylı seçki məntəqələrində, 30 Suraxanı I seçki dairəsinin 13, 14, 18 və 23 saylı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 34 Xətai II seçki dairəsinin əksər məntəqələrində, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal I seçki dairəsinin 2, 4, 9, 11 və 16 saylı məntəqələrində, 33 saylı Xətai I, 34 saylı Xətai II, 35 saylı Xətai III, 36 saylı Xətai IV seçki dairələrinin bir çox seçki məntəqələrində, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev 21 saylı Nəsimi I seçki dairəsinin 1, 10, 11, 15, 16 və 24 saylı seçki məntəqələrində seçkinin gedişini izləyiblər.

Azərbaycan Mətbuat Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq "qaynar xətt" rejimində fəaliyyətdədir. Saat 11.00-dək “qaynar xətt”ə jurnalistlərdən bir müraciət qeydə alınıb. “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin olunub, yaranmış anlaşılmazlıq aradan qaldırılıb.

Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda yuxarıda qeyd edilən nömrələrə zəng etməklə məlumat verə bilərlər. Şura işini Mərkəzi Seçki Komissiyası, habelə digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində qurur və seçkini işıqlandıran jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq

Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR