Qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib – FOTO

Qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib – FOTO

Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən    xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri  keçirilmişdir.

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə  rayon ərazisində yerləşən "KOALA”  istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan    uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil  alan   uşaqlara  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər. Tədbirdə "Günay” uşaq teatrının kollektivi uşaqlar qarşısında rəqslər edərək onlarla birlikdə əylənmişlər.
 



 
 
 
 
 
 


Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR