Qaxda 3 tona yaxın narkotik bitki məhv edilib

Qaxda 3 tona yaxın narkotik bitki məhv edilib

Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR