Qardaşını öldürən şəxsə hökm oxunub

Qardaşını öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Ramil Muşarapovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, məhkəmənin hökmü ilə R.Muşarapov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əslən Tatarıstan Respublikasından olan Bakı sakini Ramil Muşarapov münaqişə zəminində qardaşı Renat Muşarapovu bıçaqlayaraq qətlə yetirib.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR