Qaraçuxur ərazisindən silah-sursat aşkarlanıb

Qaraçuxur ərazisindən silah-sursat aşkarlanıb

Qaraçuxur qəsəbəsi ərazisindən silah-sursat aşkarlanıb.

Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, daxil olan məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş "Makarov” markalı tapança, 2 ədəd F-1 qumbarası, 2ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR