Qarabağla Ukraynanı müqayisə etmək olmaz - Almaniya

Qarabağla Ukraynanı müqayisə etmək olmaz - Almaniya

Təbii ki, insan haqları bütün hallarda bərabərdir, lakin beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycan ərazisidir və Rusiyanın Ukraynanın suveren ərazisində başlatdığı təcavüzkar müharibə ilə heç bir şəkildə müqayisə edilə bilməz.
Aktual.az xəbər verir ki, bunu Almaniya Bundestaqının Hüquq Məsələləri Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker Almaniyanın Qarabağ sakinlərinin "məcburi köçkünləri” ilə bağlı işə baxılması üçün BCM-ə müraciət etmək təşəbbüsü ilə çıxış edib-etməyəcəyi sualını cavablandırarkən deyib.
"Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqındırlar. Biz onlara mümkün sınaqlar zamanı dəstək məsələsində kömək edirik. Ukrayna bizim qonşumuzdur və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var”, - o bildirib.
Xəbər 167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR