"Qarabağ"ın sabiq hücumçusu narkotik qəbul etdiyini təsdiqlədi


Narkotik maddə qəbul etməkdə ittiham olunan və bu səbəbdən Rumıniyanın "Dinamo" klubundan qovulan futbolçu Maqaye Geye günahını etiraf edib.

Seneqal əsilli fransalı hücumçu etdiyi əməldən peşman olduğunu bildirib.

31 yaşlı forvardın etirafını nəzərə alan Rumıniya Milli Antidopinq Agentliyi onu 3 ay müddətinə cəzalandırıb. Bu isə o deməkdir ki, təcrübəli oyunçu yenidən futbola qayıda biləcək.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.(report.az)
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR