“Qarabağ”ın kapitanı Avropa Liqasının püşkünü dəyərləndirib

“Qarabağ”ın kapitanı Avropa Liqasının püşkünü dəyərləndirib
  • İDMAN

"Ümumi götürsək, maraqlı qrupa düşdük”.

APA-nın məlumatına görə, bunu "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
37 yaşlı müdafiəçi Avropa Liqasının püşkünü dəyərləndirib. O bildirib ki, A qrupunda "Sevilya”, APOEL və "Düdelanj” klubları ilə görüşdə maksimum nəticə göstərməyə çalışacaqlar: "Klublara ayrı-ayrılıqda baxsaq, məlumdur ki, "Sevilya” bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi. Onlar növbəti mərhələyə yüksəldilər. "Düdelanj”la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında son dəqiqələrə qədər məğlub olurduq. Lakin yekunda bərabərlik qolunu vurduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun”.
 
Aktual.az
Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR