Qarabağda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib – FOTO

Qarabağda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib – FOTO

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”-ndə  xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə ARİH əməkdaşı Təyyar Hacıyev,YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov,Samir Məmmədov, 5saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva və 2 saylı körpələr evi-uşaq baxçasının direktoru Səadət Həsənova iştirak etmişdir.
    Mərkəzin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı  vurğulamışdır ki ,Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. 
Digər çıxış edən natiqlər də uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar. 
  Tədbir "İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və 5 saylı tam orta məktəbin balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri ilə davam etmişdir.



Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR