Qarabağ separatçısı Xaçatryanın işi üzrə ittiham olundu

Qarabağ separatçısı Xaçatryanın işi üzrə ittiham olundu

Ermənistan ordusunun Baş Qərargah rəisinin sabiq müavini Tiran Xaçatryanın iştirakı ilə baş verən insidentlə əlaqədar Qarabağda özünü buraxmış separatçıların keçmiş "müdafiə nazirinin müavini” Harri Səfəryanın oğlu Aksen Səfəryan ittiham edilib.
Aktual.az xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti məlumat yayıb.
"Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan isə iki ay müddətinə həbs edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, "Erik” restoranında 10-a yaxın insan arasında mübahisə yaranıb və bu zaman Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan silahından atəş açmağa başlayıb. Hadisə nəticəsində Qarabağ ermənisi Qrayr Mnatsakanyan yaralanıb və xəstəxanaya aparılıb.
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR